Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu Siyasət

Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu

Azərbaycana qarşı təbliğat aparmaq üçün hər cür yalanlar uyduran bloger Aleksandr Lapşinin erməni bloger Bellanın Azərbaycana ekstradisiya oluna biləcəyi ilə bağlı hay-küylü “şübhəsi” özünü doğrultmayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə erməni mediasına Bellanın yaxını bildirib.

Onun sözlərinə görə, Bellanın Azərbaycana təhvil veriləcəyi ilə bağlı iddialar əsassızdır:

“Bilmirəm kim və niyə belə deyir. Yəqin ki, Belarusa acıqlarını bu cür ifadə edirlər. Mən yüz faiz bilirəm ki, bu yalanların arxasında bir erməni dayanır”.

O bildirib ki, Bella Belarusa qarşı paylaşımlarına görə saxlanılıb.

Qeyd edək ki, “Bella” adı ilə blogerlik edən erməni Belarusda 5 maddə ilə ittiham edilir. Bloger Lapşin onun “Azərbaycanın sifarişi ilə saxlandığı və bakıya ekstradisiya edilə biləcəyi” haqda ”qeyri-rəsmi mənbədən əldə etdiyi ehtimalı” yaymışdı.