Sahibə Qafarova: Asiya Parlament Assambleyasını gücləndirmək istəyirik Siyasət

Sahibə Qafarova: Asiya Parlament Assambleyasını gücləndirmək istəyirik

Bu platformanı gücləndirmək əsas niyyətimizdir.

Bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasının açılışında Assambleyanın Prezidenti, Milli Məclisin sədri Sahibə Qafarova deyib.
Sahibə Qafarova bildirib ki, Asiya Parlament Assambleyasının institusionalm potensialının inkişafı, Assambleyanın genişləndirilməsi Azərbaycanın sədrliyi dövründə əsas prioritetlərdir: “Oman və Belarus artıq sıralarımızı genişləndirmək üçün müraciət edib. Biz Asiya Parlament Assambleyasının büdcəsinin formalaşdırılması ilə bağlı qərarla bağlı da konsensus əldə etməyə yaxınıq. Bu da Assambleyanın daha da gücləndirilməsinə şərait yaradacaq. Dünyadakı mövcud vəziyyəti nəzərə alaraq, dünyadakı çoxtərəfli əlaqələr heç vaxt bu qədər vacib olmayıb. Dünyamızın üzləşdiyi bütün bu çətinliklər və onlarla mübarizə aparmaq məsələsi önə çıxır”.