
Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir
20 Fevral 22:50
20 Fevral 22:50
20 Fevral 22:03
20 Fevral 17:26
20 Fevral 17:25
İsrail Baş naziri Benyamin Netanyahu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.
Hikmət Hacıyev Azərbaycan Prezidentinin salamlarını İsrail liderinə çatdırıb.
Netanyahu salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycan və İsrail arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Eyni zamanda, tərəflər regional hadisələri müzakirə edib.