Nə qədər ki, Paşinyan güclüdür… - Politoloq Siyasət

Nə qədər ki, Paşinyan güclüdür… - Politoloq

Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu vacibliyi barədə dünənki açıqlamasına cavab verməyə taqəti qalmayıb. Müxalifət “Konstitusiyaya dəymə” tələbini irəli sürə bilmir, çünki bilir ki, onu eşidən olmayacaq. Bu səbəbdən Paşinyan müxalifətə boylanmadan Konstitusiyanı dəyişib Azərbaycanla sülhü yaxınlaşdıra bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Ancaq Paşinyan Konstitusiyanı dəyişdirmək məqsədilə referendumu gecikdirməməlidir. Ermənistanın ədliyyə naziri Srbui Qalyan yeni Konstitusyanın 2026-cı il parlament seçkilərinə qədər hazır ola biləcəyini deyib. Nazir yeni mətn üzərində işlərə başlanıldığının anonsunu verib. Ancaq ədliyyə nazirinin sözlərinə görə, yeni Konstitusiya ilə bağlı referendum parlament seçkilərindən sonra keçirilməlidir. Paşinyan nə qədər ki, müxalifətdən güclüdür, referendumu keçirib, özünün də söylədiyi kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışmalıdır”, - politoloq vurğulayıb.