Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir Siyasət

Biz Azərbaycanla dostluğu... - Rusiyalı nazir

Rusiyanın energetika naziri Sergey Tsivilyev və Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev arasında işgüzar görüş keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, tərəflər yanacaq-energetika sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini nəzərdən keçiriblər, həmçinin texnoloji həllərin mübadiləsi baxımından əməkdaşlığı, Azərbaycan ərazisindən keçəcək İrana qaz kəmərinin tikintisi layihəsini, eləcə də yanacaq-energetika kompleksinin bütün sahələrində əməkdaşlığın inkişafını müzakirə ediblər.

“Rusiya və Azərbaycan uzun illər boyu birgə geniş təcrübəyə və ümumi tarixə arxalanaraq, enerji sektorunda həm neft-qaz məsələlərində, həm də digər sahələrdə konstruktiv dialoq qurur. Biz Azərbaycanla dostluq münasibətlərimizi yüksək qiymətləndiririk”, - deyə Tsivilyev vurğulayıb.