.jpg)
Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib
21 Fevral 22:41
21 Fevral 22:41
21 Fevral 21:36
21 Fevral 16:48
Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasından artıq 30 ildən çox müddət keçib. Bu müddət ərzində ölkələrimiz arasında çox gözəl münasibət yaranıb və inkişaf edib.
Xalqcebhesi.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Yaponiya İmperatoru Naruhitonun doğum gününə həsr edilmiş ziyafət çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycan Avropa ilə Asiyanın arasında yerləşir və ona görə də gələcəkdə həyata keçiriləcək logistik layihələr üçün Yaponiya üçün önəmli ölkədir”, - diplomat qeyd edib.
Səfir bildirib ki, Yaponiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq indiyə qədər çox yüksək templə inkişaf edib: “Energetika sahəsində neft-qaz sahəsində əməkdaşlıq indiyə qədər çox yüksək templə inkişaf edib. Bundan sonra da əməkdaşlığımızı müxtəlif sahələrdə inkişaf etdirmək niyyətindəyik”.