

Pakistan Azərbaycanın xüsusi əhəmiyyət verdiyi dövlətdir. Bu münasibət tarixə əsaslanır. Azərbaycan və Pakistanın tarixdən gələn xüsusi bağlılığı vardır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, iki ölkə arasında "Bakı bəyannaməsi" imzalanmışdır ki, bu da ölkələr arasında strateji sənəddir. Müxtəlif vəziyyətlərdə, xüsusən də hərbi sahədə qarşılıqlı yardımı özündə ehtiva edən bu bəyannamə iki ölkənin müasir tarixinin ən yüksək zirvəsidir. Azərbaycan və Pakistan xalqları artıq strateji tərəfdaşlıq münasibətlərini qardaşlıq münasibətləri səviyyəsinə gətirmişlər. Hər iki ölkənin rəhbərliyində xalqlarımız arasında qardaşlıq münasibətlərinin mövcudluğunun davamlı və əbədi olmasını başa düşən rəhbərlər vardır:
"Bu münasibət Pakistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq belədir. Çünki qardaşlıq münasibəti təbiidir. Hər hansı geosiyasi oyunun tərkib hissəsi deyildir. Tərəflər bir-birilərini həqiqətdən də qardaş gözündə görür. Bir-birilərinin problemlərini həll etmək istiqamətində səmimi addımlar atırlar. Azərbaycanın Pakistanın paytaxtı İslamabadın abadlaşdırılması üçün 2 milyard vəsait ayırmasının xüsusi yeri vardır.
Bununla yanaşı əsas investisiya istiqamətlərinə neft və qaz kəşfiyyatı, bərpa olunan enerji və enerji səmərəliliyinin inkişafı daxildir. Pakistanın başçısı Şahbaz Şərifin Azərbaycana səfəri zamanı da 2 milyard dollarlıq investisiya müqaviləsinin imzalanacağı gözlənilir. Hərbi sahədə əməkdaşlıq da ciddi nəticələr verir. Azərbaycan Pakistandan döyüş təyyarələri alır.
Görünən odur ki, xalqlarımız daha dərin inteqrasiya üçün addımlarını dərinləşdirirlər".
Cavid