Əliyevdən Şərifə: Dəstəyi davam etdirəcəyik Siyasət

Əliyevdən Şərifə: Dəstəyi davam etdirəcəyik

İki qardaş ölkə olaraq (Azərbaycan və Pakistan – red.) biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında bildirib.

“Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.