Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək Siyasət

Cevdet Yılmaz: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha cəlbedici edəcək

Orta Dəhlizin inkişaf etdirilməsi son dərəcə kritik məsələdir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Nökərquli Ataquliyevlə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bununla bağlı Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması və Zəngəzur dəhlizinin açılması Orta Dəhlizi daha da cəlbedici edəcək.

C.Yılmaz, həmçinin, Türkmənistan qazının Türkiyə vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması istiqamətində işlərin davam etdirildiyini də vurğulayıb.