
Azərbaycan Pakistan üçün mühüm tərəfdaşdır
26 Fevral 23:25
26 Fevral 23:25
“Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biridir”.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı Səfirliyin Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə çıxış edən Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) professoru, tarix elmləri doktoru Stanislav Çernyavski bildirib.
Onun sözlərinə görə, nəhayət Xocalıya ədalət zəfər çaldı: “Hər il bu hadisə xatırlananda günahsız qurbanlara dərin mərhəmət hissi oyanır. Lakin bu gün bu hissə nəhayət ədalətin zəfər çalması da əlavə olunur”.
S.Çernyavski vurğulayıb ki, uzun illər münaqişənin sülh yolu ilə həlli istiqamətində diplomatik səylər nəticə verməyib. Onun sözlərinə görə, yalnızAzərbaycanın qətiyyətli addımları ölkənin ərazi bütövlüyünü bərpa etməyə imkan verib:
“Uzun illər idi ki, azərbaycanlılar ədalət gözləyir, sual verirdilər ki, görəsən işğal altında olan torpaqlar nə vaxt azad olunacaq. Bu gün Azərbaycan rəhbərliyinin səyləri nəticəsində Qarabağ öz ölkəsinin nəzarətinə qayıdıb”.
Regionun gələcəyindən danışan S.Çernyavski Xocalının və işğaldan azad edilmiş digər ərazilərin yenidən dirçələcəyinə əminliyini ifadə edib:
“Qarabağ indi ermənilərin əlində olduğu kimi yoxsul region deyil, çiçəklənən diyar olacaq”.