Əfv Komissiyasının iclası keçirilib Siyasət

Əfv Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Xalqcebhesi.az xəbər verir ki, bu gün keçirilən iclasda komissiyaya daxil olan müraciətlər müzakirə olunub.

Komissiyanın üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclasda 100-dən artıq müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.