

Avropa Birliyinin “müşahidəçilər"inin sərhəddə fəallığı səngimir.
Xalqcebhesi.az xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.
AB-yə məxsus üç ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.
Həmin görüntüləri təqdim edirik: