Pakistan Azərbaycana təşəkkür etdi - YENİLƏNİB Siyasət

Pakistan Azərbaycana təşəkkür etdi - YENİLƏNİB

28 fevral 2025-ci il tarixində nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

XİN-dən Xalqcebhesi.az-a verilən xəbərə görə, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:55

Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb.

Qeyd edilib ki, İshaq Dar Pakistanın Baş nazirinin Azərbaycana son səfəri zamanı göstərilən səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

XİN başçıları həmin səfər zamanı ticarət və sərmayə ilə bağlı qəbul edilən qərarların həyata keçirilməsini sürətləndirmək üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər.