Sabah İğdır-Naxçıvan qaz kəmərinin açılışı olacaq Siyasət

Sabah İğdır-Naxçıvan qaz kəmərinin açılışı olacaq

Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2023-cü il sentyabrın 25-də təməli qoyulan İğdır-Naxçıvan qaz boru kəmərinin sabah açılışı olacaq.

Xalqcebhesi.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar şöbəsi bununla bağlı məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyev sabah Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində hər iki prezident canlı bağlantı vasitəsilə İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasiminə qatılacaq.