

Ermənistan üçüncü ölkə qüvvələrinin Azərbaycanla açılacaq kommunikasiya xətlərinə yerləşdirilməsini qəbuledilməz sayır.
Xalqcebhesi.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan İran dövlət televiziyasına (IRIB) müsahibəsində deyib.
"Üçüncü qüvvələr haqqında danışmaq Ermənistan Respublikası üçün qəbuledilməzdir. Yəni biz belə bir ehtiyac görmürük və təbii ki, belə bir ehtiyac yoxdur. Mən daha çox deyəcəyəm... Baxın, bu barədə çox danışılır, bəzi fərziyyələr var, amma bir daha qeyd etmək istəyirəm ki, Ermənistan Respublikası heç vaxt öz üzərinə yazılı və ya şifahi bir öhdəlik götürməyib və ərazi bütövlüyünün istər nəqliyyat marşrutları məntiqi ilə, istərsə də başqa məntiqlə məhdudlaşdırılması ilə razılaşmayıb. Hətta bu məsələ ilə bağlı hər hansı iddialar olsa belə, onların reallıqla heç bir əlaqəsi yoxdur”.