Türk Dövlətləri Təşkilatları yeni dünya nizamına hazırdımı? – Ekspertlərin şərhiSiyasət
13:52
749
Türk Dövlətləri Təşkilatları yeni dünya nizamına hazırdımı? – Ekspertlərin şərhi
Bu gün bəşəriyyət qlobal və düşündürücü bir problemlə baş-başa qalıb. Söhbət dünya nizamının pozulmasından gedir. Bəli, İkinci Dünya müharibəsindən sonra formalaşmış dünya nizamı artıq pozulub. Bunu hər kəs, hətta dünyanın aparıcı ölkələrinin rəhbərləri belə etiraf edir. Eyni zamanda yeni dünya nizamının yaradılmasının qaçılmaz olduğu bildirilir.
Bəs, biz, türk dünyası olaraq formalaşdırılacaq yeni dünya nizamına hazırıqmı? Hesab edirəm ki, martın 4-də Bakıda Türkiyə Cumhurbaşqanlığının İletişim Başqanlığının təşkilatçılığı ilə "Stratcom Public Forum" çərçivəsində keçirilən "Daha ədalətli bir dünya mümkündür" adlı panel müzakirəsi həm də bu suala cavab tapmağa xidmət edirdi.
AXC TV-nin "Azad meydan"verilişində tədbir və mövzu ilə bağlı sualları əməkdar jurnalist Nadir Azəri və Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli cavablandırıb.
Ətraflı videoda: