

6 Mart 13:14
Azərbaycanın keçmiş prezidenti, indiki lider İlham Əliyevin atası Heydər Əliyevin Rusiya paytaxtında abidəsinin ucaldılması Moskva və Bakı üçün mühüm mədəni-humanitar hadisə olacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
“Bilirsiniz ki, biz ölkəmizdə bu parlaq, qeyri-adi, istedadlı şəxsiyyət və dövlət xadiminin xatirəsini qoruyur və ona böyük hərarətlə və hörmətlə yanaşırıq, - Rusiya XİN sözçüsü deyib.
Zaxarova xatırladıb ki, 2023-cü ildə Moskvada və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş anım tədbirləri keçirilib:
“Abidənin təməli yenicə qoyulub, abidənin ucalması ilə bu, ölkələrimiz üçün mühüm mədəni-humanitar hadisəyə çevriləcək”.