Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan Siyasət

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü barədə danışıb.

Xalqcebhesi.az xəbər verir ki, Ərdoğan azərbaycanlı həmkarı ilə mühüm məsələlərdə müzakirələr apardığını bildirib.

"Mən və qardaşım İlham Əliyev bir çox mühüm məsələlərdə, xüsusilə Ermənistanla sülh danışıqları barədə müzakirə apardıq", - bunu Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında söyləyib.