
Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
11 Mart 22:49
11 Mart 22:49
11 Mart 19:51
11 Mart 15:35
"Prezident İlham Əliyev Azərbaycanla strateji tərəfdaşlıqda Avropa İttifaqının marağı haqqında artıq danışdı".
Bu sözləri Azərbaycan və Şimali Makedoniya prezidentlərinin mətbuata bəyanatları zamanı Qordana Silyanovska-Davkova deyib.
O bildirib ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir.
"Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq", - Qordana Silyanovska-Davkova deyib.