Azərbaycanla Şimali Makedoniya diplomatik pasportlara malik şəxsləri vizadan azad edir Siyasət

Azərbaycanla Şimali Makedoniya diplomatik pasportlara malik şəxsləri vizadan azad edir

Azərbaycan və Şimali Makedoniya hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələbinin ləğv edilməsi haqqında razılaşma imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Şimali Makedoniyanın xarici işlər naziri Timko Muçunski imzalayıblar.