

11 Mart 22:49
11 Mart 19:51
Albaniya hesab edir ki, əməkdaşlıq və sülh vacibdir.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun açılış mərasimində Albaniya Respublikasının Prezidenti Bayram Beqay bildirib.
Albaniya Prezidenti qeyd edib ki, Azərbaycanla uzun müddətli dostluq qarşılıqlı əməkdaşlıqda əksini tapır: “Biz tərəfdaşlarımızla birgə gələcəyimizi qura bilərik. Bu Forum da müzakirə üçün çox yaxşı platformadır”.
Albaniya dövlət başçısı COP29-un böyük nailiyyət olduğunu da vurğulayıb.