

11 Mart 22:49
11 Mart 19:51
Mən 10 il Avropa İttifaqında işlədim, bu gün həmin sahənin veteranı sayılıram”.
Bunu XII Qlobal Forum çərçivəsində keçirilən “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda paneldə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel deyib. O bildirib ki, dövri olaraq Aİ hökumətlərini bir araya gətiriblər: “Biz Aİ-nin muxtariyyətini, müstəqilliyi məsələsini qaldırırdıq. Əlbəttə təhlükəsizlik məsələsinə də çalışırdıq".
Şarl Mişel qeyd edib ki, 5 il öncə artıq müstəqil qərarların qəbul edilməsi ilə bağlı çağırışlar edilirdi, indi isə artıq bu, tələb kimi qoyulur: "Avropalılar heç vaxt görünmədiyi kimi özlərinə inamla yanaşmalıdır. Ümumi cəbhədən çıxış etməliyik. Biz bir-birimizə etimad etməliyik, birləşəndə güclü oluruq".