

Almaniya Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə əldə olunan razılaşmanı alqışlayır.
APA xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok sosial media hesabında paylaşım edib.
“Sülh sazişi ilə bağlı əldə edilən razılaşma ümidvericidir”, – deyə Berbok qeyd edib.
Almaniya XİN rəhbəri Azərbaycan və Ermənistanı sülh sazişini imzalamağa çağırıb.