Mehriban Vəliyeva: “XII Qlobal Bakı Forumu qlobalçağırışların müzakirəsi üçün unikal platformadır” Siyasət

Mehriban Vəliyeva: “XII Qlobal Bakı Forumu qlobalçağırışların müzakirəsi üçün unikal platformadır”

Martın 13-15-də paytaxtımızda Nizami Gəncəvi BeynəlxalqMərkəzinin təşkilatçılığı ilə keçiriləcək XII Qlobal Bakı Forumubeynəlxalq medianın diqqət mərkəzindədir. Forumda “Dünya düzəninin yenidən düşünülməsi: çağırışların fürsətə çevrilməsi” (“Rethınkıng World Order: Turnıng Challenges Into Opportunıtıes”) mövzusu ətraflı müzakirə olunacaq. Tədbirdə hazırkı və keçmiş dövlət, hökumət başçıları, Nobel mükafatılaureatları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətləri dədaxil olmaqla, 400-dən çox nümayəndənin iştirakı gözlənilir. Forumda həmçinin Albaniya Prezidenti Bayram Beqay, ŞimaliMakedoniya Prezidenti Qordana Silyanovska-Davkova vəMonteneqro Prezidenti Yakov Milatoviç də iştirak edəcəklər. Foruma beynəlxalq maraq çox böyükdür. Çünki müzakirəyəçıxarılan məsələlər qlobal xarakter daşıyır və beynəlxalqictimaiyyətin gündəmindədir. Dünyada köhnə düzəninpozulduğu, yeni şərtlərin meydana çıxdığı, münaqişələrin, müharibələrin şiddətləndiyi bir dönəmdə Bakıda belə birmövzunun müzakirəyə çıxarılması olduqca böyük əhəmiyyətkəsb edir.

Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Forumda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçünmultilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularındapanellər təşkil olunacaq. Sülhə və barışığa töhfə verən ictimaixadimə 2025-ci il “Nizami Gəncəvi” Beynəlxalq Mükafatıtəqdim ediləcək. Həmçinin “Sülhə gedən yol”, “Yeni dünyanizamında orta güclər” və “Sülh - münaqişə sonrasıyenidənqurma və regional sabitliyin yenidən bərpası” mövzularında panellərlə yanaşı, Yaxın Şərq və Ukrayna-AvropaBirliyi məsələlərinə həsr olunmuş nahar sessiyaları keçiriləcək. “COP29:Belem üçün sıçrayış – Transformasiyanınsürətləndirilməsi” və “Avropanın gələcəyi” mövzuları gecəsessiyalarında müzakirə olunacaq. Forumda yeni texnologiyalar, gender və təhlükəsizlik, iqlim dəyişikliyinin təsiri, qlobalsəhiyyə böhranları və onların həlli yolları da diqqət mərkəzindəolacaq. "Yeni dünya üçün yeni texnologiyalar", "Gender-Təhlükəsizlik-İqlim bağlantısı" və "Qlobal səhiyyə böhranı: Hazırlıq və bərabərlikdə yeni cəbhələr" panelləri bu istiqamətdəvacib mövzuları əhatə edəcək. Forumun ən diqqətçəkənhissələrindən biri isə gənclərin fikirlərinə həsr edilən "Gənclərdanışsın, biz dinləyək" paneli olacaq”.

Millət vəkilinə görə, dünyada baş verən müharibələr, siyasitoqquşmalar, Qərbdə müşahidə olunan siyasi böhran inkişafetməkdə olan ölkələri öz milli maraqlarını həmişəkindən dahagüclü müdafiə etmələrini diktə edir: “Bu baxımdan XII QlobalBakı Forumu qlobal gündəliyi narahat edən məsələlərinmüzakirə olunduğu nadir platformadır. Bu gün bütün ölkələrimmaraqlarının, təhlükəsizliyinin qorunmasına xidmət edənbeynəlxalq səviyyəli platforma yoxdur. Bakı Forumu artıq 12-ci dəfədir ki, qlobal problemlərin müzakirəsinə ev sahibliyi edir. Ölkəmiz sülh və ədaləti dəstəkləyən niyyət və məqsədlərini budəfə də bütün dünyaya bəyan edəcək, bütün dövlətləribeynəlxalq hüquqa hörmətlə yanaşmağa səsləyəcək. BakıForumu həm də Azərbaycanın prioritetlərini dünyaya təqdimetmək üçün unikal platformadır. Biz forum çərçivəsindəölkəmizin məqsədlərini və baxışlarını bir daha dünyayaçatdıracağıq. Azərbaycan dünya düzəninin yenidənformalaşmasının tərəfdarıdır və bu prosesdə fəal rol oynamaqistəyir. Mövcud düzən özünü doğrultmur, günün tələblərinə, ölkələrin maraqlarına cavab vermir. Azərbaycan və Türkiyə dədaxil olmaqla, əksər dövlətlər, xüsusilə də BMT-də ciddiislahatların aparılmasının vacibliyini vurğulayıblar. İkinciDünya Müharibəsinin nəticəsi olaraq meydana çıxan bu təşkilatyeni dünya çağırışlarına cavab vermir. Bütün dünyanın taleyininsadəcə beş dövlət tərəfindən həll edilməsi heç cür qəbul ediləbilməz. Dünya 5-dən böyükdür. Azərbaycanın da aid olduğutürk və müsəlman dünyasından olan dövlətlərin BMT Təhlükəsizlik Şurasında təmsil olunmasına ehtiyac vardır. Yeni dünya modeli əslində qütblər və ya çoxqütblülük platformasınasöykənir”.

M.Vəliyeva qeyd etdi ki, artıq heç bir dövlət hansısa siyasi, hərbi, iqtisadi birliyin diktəsi ilə oturub-durmaq istəmir: “Dövlətlər yeni birlik, ittifaqlar axtarışındadırlar. Qərbinpatronajlığı altında yaradılmış birliklər özlərini daha çoxneokolonializmin nümayəndələri kimi aparırlar və ayrı-ayrıölkələri öz təsirləri altında saxlamağa çalışırlar. Bu isə haqlınarahatlıqlar, narazılıqlar yaradır. Azərbaycan da son illər özünəyaxın bildiyi ittifaqlarda layiqincə təmsil olunur. 44 günlükVətən Müharibəsindən sonra yaratmış olduğumuz yeni reallıqlarimkan verir ki, biz özümüzün müstəqil yolumuzumüəyyənləşdirək və doğru bildiyimiz yöndə addımlayaq. Azərbaycan sülh razılaşması üçün ərazi bütövlüyünün vəsuverenliyin tanınmasına əsaslanan beş əsas prinsipiErmənistana təqdim edib. İrəvan yaranan yeni reallıqları qəbuletməli, üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Bu öhdəliklərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhlizŞərq-Qərb marşrutunun üzərində yerləşir və alternativsizmarşrutdur”.

Millət vəkili əlavə etdi ki, Azərbaycan yeni dünya düzənininformalaşması prosesində yaxından iştirak etmək və özünün milli maraqlarını təmin etmək istəyir: “Biz bunu gizlətmirik də. Bu mənada Qlobal Bakı Forumu multilateralizm böhranının aradanqaldırılmasına xidmət edir, xalqlar arasında körpü yaradır, müxtəlif ölkələr və beynəlxalq iştirakçılar arasında tərəfdaşlığıtəşviq edir. Sülhə, əmin-amanlığa, qarşılıqlı əməkdaşlığatöhfələr verən Azərbaycan bu dəfə də özünün qlobal baxışlarınıdünyaya təqdim edəcək. Beləliklə, XII Qlobal Bakı Forumuəvvəlki illərdə olduğu kimi, qlobal çağırışların həlli üçünqiymətli təkliflərlə çıxış edəcək, ortaq həll yollarınınmüəyyənləşdirilməsinə və sülhün təşviqinə töhfə verəcəkdir”