Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verib Siyasət

Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev Şimali Makedoniyanın dövlət başçısı xanım Qordana Silyanovska-Davkovaya Koçani şəhərində baş vermiş faciəli hadisə ilə əlaqədar olaraq, başsağlığı verib.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident

Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".