Matviyenko: Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək Siyasət

Matviyenko: Təyyarə qəzası araşdırılır, obyektiv qiymət veriləcək

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşdə Bakı-Qroznı istiqaməti üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığını çatdırıb.

Valentina Matviyenko bu məsələnin Rusiyanın istintaq orqanları tərəfindən araşdırıldığını və ona obyektiv qiymət veriləcəyini bildirib.