Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib Siyasət

Mehriban Əliyeva Ağdərənin Həsənriz kəndindən paylaşım edib

Birinci vitse-prezident Mehriban Əliyeva İnstaqram hesabında Ağdərə rayonu, Həsənriz kəndindən paylaşım edib.

Paylaşımda deyilir:

“Ağdərə rayonu, Həsənriz kəndi. 18.03.2025. Uca Allah hər kəsə möhkəm cansağlığı, bol sevinc, sevgi və səadət, hər evə xoş ovqat, hər ocağa ruzi-bərəkət bəxş etsin! İlaxır çərşənbəniz mübarək!”