“Qarabağ Ermənistandır” deyən Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə məcbur etdik” Siyasət

“Qarabağ Ermənistandır” deyən Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə məcbur etdik”

“Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Ağdərə rayonunun Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində iştirak edib, yeni mənzillərə köçən kənd sakinlərinə evlərin açarlarını təqdim ediblər. Bu gün işğaldan azad olunmuş ərazilər yenidən qurularaq cənnətə çevrilir. O cümlədən Suqovuşanda da həyat qaynamağa başlayıb, sakinlər bayramlarını öz doğma yurdlarında keçirir və firavan həyatlarını davam etdirirlər. Suqovuşan ilk azad olunan yaşayış məntəqəmizdir. Suqovuşanın azad olunması digər yaşayış məntəqələrinin də azad olunmasını sürətləndirdi və biz cəmi 44 gün ərzində Zəfərimizi elan etdik. Təbii ki, Ermənistan ərazilərimizdə möhkəmlənmişdi. Onlar bir neçə müdafiə səddi yaratmışdılar, ərazilər minalanmışdı və irəli getmək çox çətin idi. Hətta ermənilər o müdafiə sədlərini keçə biləcəyimizə inanmırdılar. Amma ordumuzun peşəkarlığı və qəhrəmanlığı sayəsində biz Zəfərə nail olduq”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat Zəfərə gedən yolumuzun heç də rahat olmadığını söyləyib: “Son 30 ildə dövlətimiz yenidən quruldu, iqtisadiyyat inkişaf etdirildi, ordu qurucluğuna diqqət artırıldı, xalqın milli həməylik ruhu gücləndirilidi və öz sinəsini düşmən gülləsinə verərək topraqlarını işağldan azad etməyinə hazır olan gənc nəsil formalaşdırıldı. Bununla yanaşı, beynəxlaq səviyyədə ölkəmizin haqq səsinin qəbul edilməsi istiqamətində böyük işlər görüldü. Çünki düşmənin arxasında böyük güclər dayanmışdı. Belə ki, BMT qətnamələrinin dinc yolla icrasını təmin etmək üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana hərə cür dəstək verirdi və torpaqlarımızın erməni işğal altında qalması üçün əlindən gələni edirdi”.

A.Badamovun sözlərinə görə, cənab Prezident Suqovuşan sakinləri ilə görüşü zamanı bu məsələyə xüsusilə toxunaraq Minsk qrupunun ermənipərəst siyasətini bir daha ifşa etdi: “Belə ki, üç həmsədr dövlətin biri silah, biri siyasi dəstək, digəri isə iqtisadi dəstək verirdi. Dövlət başçımızın da qeyd etdiyi kimi müharibə başlayanda kimin özünü necə aparacağı da bəlli deyildi. Amma dövlət başçısının uzaqgörən siyasəti beynəlxalq mövqelərimizi möhkəmlətmişdi və 44 günlük Vətən müharibəsi dövründə erməniyə dayaq duran dövlətlər BMT-də ölkəmizə qarşı qətnamələr, sanksiyalar qəbul etdirmək istəsələr də məqsədlərinə nail ola bilmədilər. 30 il ermənilərin işğal altında qalaraq düşmənin möhkəm müdafiəsini təşkil etdiyi torpaqlarımız 44 gündə azad olunsa da, antiteror tədbirləri sayəsində Qarabağda erməni separaçılığının kökü kəsildi, tabutuna son mismar vuruldu. Əlində silah tutaraq Azərbaycan dövlətinin suverən hüquqlarını pozaraq ərazilərimizdə xunta yaradanların Bakıya tanklarla gəlmək və çay içmək arzusu vardı. Təbii ki, düşmənimizin bu arzusunu müzəffər ordumuz həyata keçirdi. Belə ki, onların tankarı Bakıya gətirilərək Qələbə paradımızda nümayiş etdirildi və Hərbi Qənimətlər parkında yerləşdirildi. Çay içmək arzunda olanları isə gətirib istintaq təcidxanasında çay içmək arzusuna çatdırdıq. Təbii ki, onlar layiqli cəzalarını alacaqlar”.

Deputat vurğulayıb ki, xalqımızın birliyi, gənclərimizin vətənpərvərlik ruhu, ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etdik: “Çoxlu şəhid verdik, qazilərimiz sağlamlıqlarnı itirdilər. Allah şəhidlərimizə rəhmət eləsin. Amma Zəfərimizin müəllifi və əsas qəhrəmanı nəyi nə zaman və necə etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevdir. Dövlət başçısının uzaqgörənliyi sayəsində bütün addımlar ölçülüb-biçilib və zamanında atıldığına görə daha az itkilərlə böyük qələbəyə imza atdıq. Bu gün dünyada baş verən müharibələrin necə davam etdiyini və sonlandırıldığını görürük. Son on illər ərzində heç bir ölkə qələbəyə imza atıb ərazilərində suverənliyi bərpa edərək müharibəni sonlandıra bilməyib. Amma Prezident İlham Əliyevin qətiyyəti və xalqımızın öz lideri ətrafında sıx birləşməsi sayəsində “Qarabağ Ermənistandır” deyən Paşinyanı “Qarabağ Azərbaycandır” deməyə məcbur etdik. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında tam və inamlı qələbəyə imza atdı. Bu gün keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdaraq xoşbəxtliklərinə qovuşublar. Dövlət başçımızın rəhbərliyi altında Azərbaycan daha da inkişaf edəcək və güclənəcək. Böyük Qayıdışa dair Dövlət Proqramları da uğurla başa çatdırılacaq və bütün keçmiş məcbuiri köçkünlər öz doğma yurdlarına qayıdaraq firavan yaşamaqda davam edəcəklər”.