

1 Aprel 19:05
1 Aprel 16:30
1 Aprel 15:22
Bakı Təşəbbüs Qrupu (BTQ) tərəfindən martın 13-də yayımlanan “Azadlıq və ya ölüm” adlı rep klipi Fransa siyasi dairələrində ciddi ajiotaj yaradıb.
Xalqcebhesi.az xəbər verir ki, Fransanın müxtəlif media orqanlarında artıq bu barədə məlumatlar dərc olunur.
“Liberté ou mort” adlı bu repin sözləri və 2024-cü ildə baş vermiş hadisələri təsvir edən fotolar zorakılıq və nifrətə təhrik kimi qiymətləndirilib. Hadisə ilə bağlı araşdırma başladılıb.
Yeni Kaledoniyanın prokuroru Yves Dupas istintaqın Paris məhkəməsinə ötürülməsinə qərar verib.
Halbuki klipdə Fransanın kolonializm siyasətindən başqa heç nə yoxdur.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu, özünü qeyri-hökumət təşkilatı kimi təqdim edir və Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada, dekolonizasiya və insan haqları mövzularında fəal şəkildə iştirak edir. 2023-cü ildən bəri fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu öz fəaliyyəti ilə ciddi nəticələr əldə edib. Belə ki, əsas məqsədi müstəmləkəçilikdə olan dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək vermək olan təşkilat neokolonializmə qarşı mübarizəyə böyük töhfə verməkdədir. Bunun ən bariz nümunələrindən biri dünyada müstəmləkəçiliyin vətəni kimi tanınan Fransanın artıq geri çəkilməsidir.