Britaniya səfirliyi: Ağdam və Cəbrayılda mina hadisələri xəbəri bizi kədərləndirdi Siyasət

Britaniya səfirliyi: Ağdam və Cəbrayılda mina hadisələri xəbəri bizi kədərləndirdi

Ağdam və Cəbrayılda 2-i uşaq da olmaqla növbəti mina hadisələri xəbəri bizi kədərləndirdi.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib.

Qeyd edilib ki, Böyük Britaniya 2020-ci ildən bəri Azərbaycanda mina təmizləmə sahəsində müxtəlif təşəbbüsləri dəstəkləyir: “Böyük Britaniya 2020-ci ildən ANAMA və BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda kişilərin və qadınların minatəmizləmə üzrə işini, o cümlədən mina riskləri üzrə maarifləndirmə və mina qurbanlarına yardımı dəstəkləyib”.