Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb Siyasət

Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində baş tutan görüşdə ölkələrimiz arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən məmnunluq qeyd edilərək, əlaqələrimizin inkişafında hər iki ölkənin prezidentlərinin xüsusi rolu vurğulanıb.

Ali və yüksək səviyyəli səfərlərin ölkələrimiz arasında münasibətlərin daha da inkişafında xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edilərək, bildirilib ki, bu səfərlər və sıx təmaslar iki dost və qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi üçün geniş imkanlar yaradır.

Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin ruhuna uyğun olaraq, geniş əməkdaşlıq əlaqələrinə mailk olmasından məmnunluq ifadə edilib. Bunun insanlarımız arasında təmasların daha da sıxlaşdırılması üçün vacibliyi diqqətə çatdırılıb.

Milli Məclisin sədri Özbəkistan paytaxtının Parlamentlərarası İttifaqın 150-ci Assambleyasına yüksək səviyyədə evsahibliyi etdiyini qeyd edərək, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı haqqında da məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərlə də bağlı fikir mübadiləsi aparılıb.

Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşübSahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb