
İlham Əliyev bu komissiya ilə bağlı dəyişiklik etdi
7 Aprel 20:21
7 Aprel 20:21
7 Aprel 19:00
7 Aprel 18:50
7 Aprel 18:43
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xalqcebhesi.az xəbər verir ki, məktubda qeyd olunur:
"Hörmətli cənab Prezident.
Mübarək Ramazan bayramı münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə möhkəm cansağlığı, səadət, ölkənizə və xalqınıza əmin-amanlıq, firavanlıq və xoşbəxtlik diləyirəm.
Ortaq dəyərlərimiz, möhkəm tarixi əlaqələrimiz sayəsində mən xalqlarımız arasında dostluq və əməkdaşlıq əlaqələrinin qarşılıqlı hörmət, ümumi maraqlar ruhunda daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin".