Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi Siyasət

Türkiyə səfirliyi Azərbaycana başsağlığı verdi

Türkiyənin Bakıdakı səfirliyi Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayevin xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində minaya düşərək həlak olması ilə bağlı Azərbaycana başsağlığı verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında yazılıb.

“Mərhumun ailəsinin kədərini paylaşırıq. Can Azərbaycan xalqına başsağlığı veririk”, - paylaşımda qeyd olunub.