Fərid Şəfiyev: Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə dair çağırışlar qəbuledilməzdir Siyasət

Fərid Şəfiyev: Hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə dair çağırışlar qəbuledilməzdir

Əvvəllər, yəni Qarabağın işğalı dövründə ABŞ, Kanada və Çexiyadan olan siyasətçilərdən vaxtaşırı bizim reallıqla barışmalı olduğumuza dair fikirlər eşidirdik.

APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Xankəndi şəhərində keçirilən 7-ci ADA Siyasi Forumunda bildirib.

Onun sözlərinə görə, lakin bütün bunlara baxmayaraq, Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Fərid Şəfiyev deyib ki, hazırda Azərbaycan vətəndaşlarına qarşı müxtəlif cinayətlər törətmiş şəxslər ölkə qanunlarına uyğun mühakimə olunurlar, lakin dünyada buna qarşı münasibət birmənalı deyil:

“Lakin təəssüf ki, onların azadlığa buraxılması tələb olunur. Hətta BBC belə Ruben Vardanyanla bağlı xüsusi material hazırlayıb. Belə çağırışlar qəbuledilməzdir”.