Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb Siyasət

Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.

Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.