
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
İtaliya bütün ölkələrlə, o cümlədən Azərbaycanla yaxşı əlaqələrə sahibdir.
Bunu APA-ya açıqlamasında “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan italiyalı professor Samuele Furfari deyib.
O qeyd edib ki, Azərbaycan təbii qazının İtaliyaya çatması ölkələr arasında əlaqələri çox gücləndirib: “TANAP və TAP ilə gələn təbii qaz İtaliya üçün çox vacibdir. Bu, İtaliya ilə Azərbaycan arasında münasibətlərdə özünü göstərir. Bu münasibət isə yalnız enerji ilə bağlı deyil, bizim bir çox sahədə güclü əlaqələrimiz var”.
İtaliyalı professor ADA Universitetində keçirilən beynəlxalq forumdan da danışıb. O qeyd edib ki, tədbir çox maraqlı olub: “Xüsusilə Prezident İlham Əliyevin iştirak etdiyi sessiya çox maraqlı idi. Azərbaycanla qonşu ölkələrin necə birgə iş görmək istədiyini görmək maraq oyatdı. Bu, çox müsbət bir görüş idi”.