
Azərbaycan və Çin arasında 13 sənəd imzalandı
17 Aprel 19:29
17 Aprel 19:29
17 Aprel 17:14
17 Aprel 10:17
9 aprel 2025-ci il tarixində Xarici İşlər Nazirliyində daimi diplomatik xidmətə qəbul olunmuş əməkdaşların ilk dəfə olaraq andiçmə mərasimi keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, andiçmə tədbiri yeni “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin tələblərinə əsasən təşkil olunub.
Andiçmə mərasimində Xarici İşlər Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən diplomatik xidmətə qəbul imtahanında müvəffəqiyyət qazanaraq, 6 ay müddətinə stajçı, daha sonra isə 3 aylıq sınaq müddəti ilə attaşe vəzifəsinə təyinatı həyata keçirilən əməkdaşlar iştirak edib.
Əməkdaşlar daha sonra “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 20.2-ci maddəsinə əsasən şəxsi işlərində saxlanılacaq andın yazılı mətnini imzalayıblar.