Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib Siyasət

Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyası aşağıdakı yeni tərkibi təsdiq edilib:

Dövlət Komissiyasının sədri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) prezidenti

Dövlət Komissiyasının üzvləri

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON-un) icraçı direktoru

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti

Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyəti sədrinin müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti

PAŞA Holdinqin Baş icraçı direktoru

NEQSOL Holdinqin Baş icraçı direktoru

Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

Dövlət Komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə Dövlət Komissiyasının Katibliyi yaradılmalı və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə həvalə edilməlidir.

Xarici İşlər Nazirliyi Dövlət Komissiyasının yeni tərkibi barədə Yaponiya tərəfinə bildiriş göndərməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.