

bir daha işğalın yolverilməz olduğunu bəyan etdi"
ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışının bir çox məsələlər üzrə rezonans doğurduğu bir faktdır.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
O, qeyd edib ki, çıxış zamanı bir sıra məsələlərə aydınlıq gətirilib, münasibət bildirilib. Bunlardan az əhəmiyyət kəsb etməyən bir məsələ Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə əlaqəli deyilən fikirlər oldu:
"Azərbaycan dövlətinin Cənab Prezidentin rəhbərliyində Ermənistanla mövcud olan keçmiş danışıqlar və müharibə dövrü təcrübələri əslində bu kimi məsələlərdə bir məktəb olmaqla yanaşı, eyni zamanda, diqqətə alınması vacib faktdır. Azərbaycan Prezidenti münaqişəli, həm də on illərlə beynəlxalq aktorların iştirakı ilə qərəzli şəkildə kök salmış, hətta, bəzən din qarşıdurması səviyyəsinə qaldırılmış, həlli mümkün kimi görünməyən bir məsələnin həllinə nail olmuş lider kimi sözlərinə etimad ediləsi insandır. O belə müharibənin sonunun olmadığını bildirirsə, deməli, bunun üçün əsaslar vardır.
Müharibədə son nöqtənin tərəflərdən birinin kapitulyasiya imza atması ilə baş verməsini İkinci dünya müharibəsindən sonra əyani şəkildə Azərbaycan Ermənistanı bu tipli müqaviləyə imza atdırmaqla nail olub. Rusiya-Ukrayna müharibəsində isə bu hələlik mümkün görünmür hər iki tərəf üçün. Deməli, Azərbaycan Prezidentinin bu məsələyə skeptik yanaşmasında həqiqət payı böyükdür.
Hər kəsə bəllidir ki, tərəflər bir-birilərinə sağalması mümkün olmayan yaralar vurublar, şərtlər irəli sürüblər ki, bunun da qəbul edilməsi mümkün deyil. Amma Azərbaycan tərəfinin mövqeyi Cənab Prezidentin dilindən bəyan edildi ki, biz müharibənin dayanmasını arzu edirik, lakin Ukraynanın haqlı mövqeyini də müdafiə edirik.
Bu bəyanat ilk növbədə dünyanın sivil və beynəlxalq hüququ müdafiə edən kəsiminin fikirləri ilə həmfikir olmaq deməkdir. İşğalçı ilə işğala uğrayanın açıq şəkildə bəyan edilməsidir. Hesab edirəm ki, Cənab Prezidentin bu məsələ ilə bağlı fikirləri ona aydınlıq gətirdi ki, Ukrayna dövləti bəzilərinin dediyi kimi səriştəsiz idarəçiliyin deyil, konkret işğalçının iddialarının qurbanıdır və Ukraynanın ərazi bütövlüyünün tanınmasını bildirməklə işğalın yolverilməz olduğunu bəyan etdi".
Cavid