Viorel Qarat: Azərbaycanlı investorları Moldovanın dövlət şirkətlərinə yatırım etməyə çağırırıq Siyasət

Viorel Qarat: Azərbaycanlı investorları Moldovanın dövlət şirkətlərinə yatırım etməyə çağırırıq

Moldova Azərbaycanlı investorları yaxın vaxtlarda özəlləşdirilməyə çıxarılacaq dövlət müəssisələrinə investisiya etməyə çağırır.

“APA-Economics” xəbər ki, bunu Azərbaycan-Moldova biznes forumunda çıxışı zamanı Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Viorel Qarat bildirib.

Qarat vurğulayıb ki, Moldova xarici investisiyalar üçün bir sıra cəlbedici üstünlüklərə malikdir. Buna əlverişli coğrafi mövqeyi, Avropa və MDB ölkələrinin ən böyük bazarlarına birbaşa çıxış imkanı verən beynəlxalq razılaşmalar daxildir.

“İT, innovasiyalar, kənd təsərrüfatı və sənaye istehsalı sahələri iki ölkə sahibkarlarına qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivli istiqamətlərdir. Son illər Moldovanın rəqəmsallaşma üzrə beynəlxalq reytinqlərdə mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu isə texnologiyalar və startapların inkişafı üçün geniş imkanlar yaradır. Biz son iki gündə dəfələrlə vurğuladıq ki, istənilən azərbaycanlı investor öz biznesini Azərbaycandan çıxmadan, Xəzər dənizindən zövq alaraq açıb idarə edə bilər. Bu tərəfdaşlıq hər iki ölkə üçün dəfələrlə fayda gətirəcək və birgə inkişaf üçün yeni üfüqlər açacaq”, - dövlət katibi əlavə edib.