Bayramov Şimali Kiprdən olan həmkarı ilə görüşdü Siyasət

Bayramov Şimali Kiprdən olan həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Şimali Kipr Türk Respublikasından olan həmkarı Tahsin Ərtoğruloğlu ilə görüşüb.

Bu barədə Xalqcebhesi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq müzakirə olunub.

Nazirlər həmçinin regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıblar.