Nazir: Minsk Qrupunun ləğvi və Azərbaycana qarşı ərazi iddiaları aradan qalxandan sonra Ermənistanla sülh müqaviləsi üçün heç bir maneə qalmayacaq Siyasət

Nazir: Minsk Qrupunun ləğvi və Azərbaycana qarşı ərazi iddiaları aradan qalxandan sonra Ermənistanla sülh müqaviləsi üçün heç bir maneə qalmayacaq

Münaqişənin qalığı olan ATƏT-in Minsk Qrupunun ləğv edilməsindən və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasından sonra Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və dövlətlərarası münasibətlərin bərpası qarşısında heç bir maneə qalmayacaq.

APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.