
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
“Azərbaycan və Ermənistan arasında yerdə de-fakto münaqişə yoxdur”.
APA xəbər verir ki, bunu Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Erməni nazir ATƏT Minsk Qrupunun buraxılması barədə sənədin sülh razılaşması ilə birlikdə imzalanmasını təklif edib.
“Bu strukturlar münaqişə olmadığı zaman ləğv edilə bilər. Maraqlı sual budur ki, bizim münaqişəmiz var, yoxsa yox? Yerdə bizim de-fakto münaqişəmiz yoxdur. Kağız üzərində isə imzalanmış və rartifikasiya edilmiş sülh və dövlətlərarası əlaqələrin bərpasına dair razılaşmamız yoxdur. Bizim üçün həll aydındır – biz razılaşma imzalamalıyıq. Münaqişəyə institusional qaydada son qoymalıyıq və istəyirsinizsə bunu (Minsk Qrupunu – red.) elə eyni gündə də ləğv edə bilərik. 10 dəqiqə ara ilə. Bir sənədin ardınca digəri. Mən hətta demirəm ki, hansı sənəd birinci imzalanmalıdır”, - Mirzoyan deyib.