
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə Ceyhun Bayramov X hesabında paylaşım edib.
Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib.
Eləcə də Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və burada Venesuelanın Azərbaycanın təşəbbüslərinə davamlı dəstəyi təqdirlə qarşılanıb.