
Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov
12 Aprel 23:10
12 Aprel 23:10
12 Aprel 19:30
12 Aprel 17:10
Prezident İlham Əliyev, eləcə də Azərbaycanın bütün yüksəkvəzifəli şəxslərinin Gürcüstana göstərdikləri güclü dəstəyə görə təşəkkür edirəm. Ölkələrimiz arasındakı münasibətlər yüksək səviyyədədir, lakin biz bu əlaqələri daha da gücləndirməyə qərarlıyıq.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda, Gürcüstan üçün də son dərəcə önəmlidir. Azərbaycanla Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Əgər Gürcüstan tərəfindən belə bir ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq”, - baş nazir qeyd edib.