
Ən çox silah alan ölkələr: Azərbaycan neçəncidir? - Siyahı
15 Aprel 23:33
15 Aprel 23:33
15 Aprel 21:14
15 Aprel 16:55
15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının ölkəmizdəki yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.
XİN-dən Xalqcebhesi.az-a verilən məlumata görə, səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.
Keçirilmiş görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.
Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, yüksək səviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Ötən il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının təqdirəlayiq olduğu vurğulanıb.
Səfir Lu Mey qəbula görə təşəkkür edib, ölkəmizdəki fəaliyyəti müddətində strateji tərəfdaşlıq münasibətlərimizin inkişafında səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.