Mirzoyan Ceyhun Bayramovla Antalyadakı görüşünə münasibət bildirib Siyasət

Mirzoyan Ceyhun Bayramovla Antalyadakı görüşünə münasibət bildirib

“Antalyada Türkiyə və Azərbaycandan olan həmkarlarımızla aparılan danışıqlar tərəflərin mövqeyini bir-biri üçün daha da aydınlaşdırdı”.

APA “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri sloveniyalı həmkarı Tanya Fayon ilə birgə mətbuat konfransında deyib.

“Azərbaycanlı həmkarım Ceyhun Bayramovla Antaliyadakı görüşdə bir qədər irəli addımlamağa çalışdıq. Düşünürəm ki, danışıqları davam etdirmək lazımdır”, - o əlavə edib.