

18 Aprel 19:52
Ermənistanla sülh sazişinin imzalanması prosesinin təşəbbüskarı Azərbaycan olub, bu prosesə biz töhfə vermişik.
APA xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, sülh sazişinin mətninin razılaşdırılması əhəmiyyətlidir: “Sülh sazişi ilə bağlı prosesin tam yekunlaşması və onu imzalanma səviyyəsinə çatdırmaq üçün Mirzoyanla görüşdə Azərbaycanın legitim tələblərini bir daha Ermənistana xatırlatdıq. Ermənistan bunu yeni şərtlər kimi təqdim etmək istəyir. Bu, belə deyil, biz bu tələblərin icrasını 2022-ci ildən Ermənistandan gözləyirik. Ermənistan Konstitusiyasında ərazi iddiaları məsələsinin və lazımsız qurum olan Minsk qrupunun ləğvinin vacibliyi bir daha Ermənistanın diqqətinə çatdırıldı”.