Azərbaycanla müharibəni unudun! - Paşinyan Siyasət

Azərbaycanla müharibəni unudun! - Paşinyan

Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə razılığa gəliblər və onun imzalanmasına heç bir maneə yoxdur.

Xalqcebhesi.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir Ermənistandakı revanşist qüvvələrin müharibə çağırışları etdiklərini etiraf edib.

“Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq və eyni vaxtda sülh sazişi və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə Ermənistan-Azərbaycan birgə müraciətini imzalamağa hazırıq”, - Paşinyan bildirib.