Dekottani Dərələyəzə gəldi: Sərhədimizdə nə axtarır? Siyasət

Dekottani Dərələyəzə gəldi: Sərhədimizdə nə axtarır?

Fransanın Ermənistandakı səfiri Olivye Dekattini Dərələyəz bölgəsinə gəlib.

Xalqcebhesi.az xəbər verir ki, səfərin məqsədi “sərhəd yaşayış məntəqələrindəki vəziyyətlə tanış olmaq və Fransanın yerlərdə humanitar dəstəyi proseslərini qiymətləndirmək” kimi təqdim edilib.

Səfir özü X səhifəsində qeyd edib ki, o, Ermənistan ərazisinin əsas və strateji əhəmiyyət kəsb edən hissəsinə səfər edib.

Səfər zamanı diqqət əsasən bir neçə istiqamətə yönəldilib: sərhədyanı yaşayış məntəqələrində vəziyyət, Fransanın əhalinin həssas qruplarına dəstəyi və mədəni irsin qorunması.

Səfir Dekotinni Xaçik kəndində də olub.